İlon Maskın oğlu rəsmi olaraq cinsiyyətini dəyişib

 Bir müddət əvvəl dünya mətbuatında " Tesla " və " SpaceX " şirkətlərinin sahibi , milyarder İlon Maskın oğlu Ksavyer Maskin cinsini dəyişdirəcəyi ilə bağlı xəbərlər yayılmışdı . 

"Sherg.az" "mediatimeaz"a istinadən xəbər verir ki, artıq Los - Anceles Dairə Məhkəməsi İlonun övladının cinsiyyətini və adının dəyişdirməsi ilə bağlı olan ərizəsini təsdiqləyib . Bundan sonra Ksavyer Vivian Cenna Uilson adlı qız olacaq . Qeyd edək ki , Ksavyer Mask 18 yaşındadır .O , cinsini dəyişdirməsi səbəbini izah edərkən bildirib ki , bioloji atası ilə birlikdə yaşamır  və  onunla hər hansı formada qohum olmaq istəmir . 

Xatırladaq ki , Ksavyer Aleksandr Mask və əkiz qardaşı Qriffin İlonun keçmiş arvadı Castin Uilsonun övladlarıdır.2008 - ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var .