İstanbulda meşələrə giriş qadağan edildi

 İstanbul valisi Yerlikaya meşəlik sahələrə girişin qadağan edildiyini açıqlayıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, qadağa müddəti iyulun 5-dən 31-dək təyin edilib. 

Qərarda adı qeyd edilmiş meşəlik sahələrdə piknik – təbiət qoynunda süfrə ziyafətinə, qaçışa, idman hərəkətlərinə icazə verilir, lakin ocaq, tonqal, manqal qalamaq, qaz balonundan, açıq oddan istifadə etmək, siqaret çəkmək və ya qəlyandan istifadə etmək qadağandır. 

 Bu, son zamanlar meşəlik ərazilərdə baş verən yanğınların qarşısının alınması məqsədi daşıyır. İstanbul valisinin qərarı ilə İstanbul bölgəsi sərhədləri daxilində olan meşəlik ərazilər, qoruqlar, parklar, eko-turizm məkanlarında açıq atəşdən istifadə etməyə icazə verilmir.

Amma gəzinti, tonqal qalamadan istirahət etmək, yürüşə çıxmaq sərbəstdir.