"11 Sentyabr" qanunu Senatdan böyük səs çoxluğu ilə keçdi!




ABŞ-da prezident Barak Obamanın keçən həftə veto qoyaraq geri göndərdiyi və Səudiyyə Ərəbistanına 11 sentyabr hücumlarından ötəri iddia açılmasına imkan tanıyan qanun Senatda əksəriyyətlə qəbul edilib. ABŞ Konqresinin digər qanadı olan Nümayəndələr Məclisinə gəlməsi gözlənilən qanun 2/3 səslə qəbul edilsə Obamanın artıq veto səlahiyyəti olmayacaq. Sabah da 2/3 əksəriyyətlə qəbul edilməsi vəziyyətində "11 Sentyabr qanunu", 8 illik vəzifə müddəti boyunca Obamanın veto səlahiyyətini aşan ilk qanun olacaq.