Beyin şişi olduğunu Facebookdan öyrəndi

Baş gicəllənməsi və dözülməz ağrıları çəkən Tom Walker, beyin şişi olduğunu Facebookdan öyrəndi. "Daily Mail”də nəşr olunan xəbərə görə, həkimlər ilk baxışdan bu simptomların infeksiyadan qaynaqlandığını düşünərək bir resept yazıb evə göndərdi. Ancaq heç bir yaxşılaşma olmadı. Ruh halında ani dəyişmələr olan 36 yaşlı adam, Facebookda qızına beyin şişi diaqnozu qoyulan bir dostunun paylaşmasını oxuduqdan sonra eyni simptomların onda da olduğunun fərqinə vardı. Beyin şişi olan başqa bir dostunun da bənzər şeylər yaşadığını oxuyunca təcili olaraq həkimə gedib tomoqrafiya çəkilməsini istədi.
Tom, simptomları bu sözlərlə izah etdi: "İlk olaraq iş yerində başladı. Ayağa qalxdığım zaman başım dönürdü. Xüsusilə aşağı-yuxarı və sağa-sola baxdığımda olurdu. Təzyiqlə əlaqəli olduğunu düşündüm, ancaq evdə də eyni hadisə yaşandı. "Həkim gözlərinin altında şişliklər olduğunu fərqinə vardı. Bu beyindəki təzyiqdən qaynaqlanırdı. Çəkilən roentgendən sonra düzbucaqlı şəklində 6 sm ölçüsündə ölümcül şiş olduğu ortaya çıxdı. Tomun boyunun arxası kəsilərək beynindəki ölümcül şiş alınıb. 36 yaşlı adam tədbir olaraq kimyəvi terapiya görmək məcburiyyətində idi.