23 yaşlı oğlan özünü 10-cu mərtəbədən atdı - BAKIDA




Bakıda intihar baş verib.

Nizami rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, 1994-cü il təvəllüdlü Həzrət Əsədulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum deyil.
Faktla Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.