23 yaşlı qız intihar etdi: Anası məzarına yaxın buraxılmadı

Tələbə yataqxanasında intihar edən 23 yaşlı Sinəm  dünən torpağa tapşırılıb. 
Hadisə İstanbulun  Kartal səmtində yaşanıb. "Milliyət"in xəbərinə görə, Son mənzilə yola salınan Sinəmin dəfn mərasimində böyük bir səssizlik və gözyaşları vardı. Mərasimə, "Öldürər məni" qorxusuyla həyat yoldaşının uşaqlarına etdiyi təcavüzü  gizlədən ana Ş. B. ilə atasının tacavüzünə məruz qalan Sinəmin bacısı İ. B. və 12 yaşlı qardaşı Y. də qatılıb. Tabuta nə ana, nə də bacısı yaxınlaşa bilib. Sinəmin məktəb yoldaşları, tabutun qarşısında gözyaşlarına boğulub.
Sinəmin bəzi yaxınları, "Dirisinə sahib çıxmadınız, ölüsündə ağlayırsınız" deyə anaya təpki göstərib. Sinəmin rəngarəng çiçəklərlə bəzənən tabutu, cənazə namazından sonra məscid həyətindən qaldırılıb, qəbiristanlığa aparılıb. O anlarda ananın dediyi tək söz "Yanıma kimsə gəlməsin" olub.
23 yaşlı Sinəm Yeni Şıhlı qəbiristanlığına dəfn edilərkən anası qızının üzünün açılmasını istədi, ancaq din xadimi  bu tələbi geri çevirdi. Bir müddət sonra ortadan itən ana Ş.B.ın, həyat yoldaşının etdiklərini açıqlamadığı üçün bir müddət səssiz qaldı. Daha sonra oradan çıxdığı öyrənildi. 23 yaşlı Sinəmin əvvəllər 2 dəfə intihara cəhd etdiyi, bacısının da daha əvvəl qaldığı yataqxanada intihara təşəbbüs göstərdiyi, ancaq qurtarıldığı ifadə edildi.