Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB

Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdam şəhərinə səfəri başa çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi, 13 ölkəni təmsil edən heyət Ağdam şəhəri ilə tanış olub.

Səyyahlar Ağdam Cümə Məscidini ziyarəti ediblər. Daha sonra Ağdam şəhərində yenidən bərpa edilən İmarət abidə kompleksi ziyarət olunub.

Səyyahların Ağdam şəhərinə səfəri başa çatıb.

Qeyd edək ki, beynəlxalq səyyahların sabah Kəlbəcər və Ağdərə rayonlarına səfəri planlaşdırılır.

***

17.20

Nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahların Ağdama səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət ediblər.

Ağdam Cümə Məscidinin tarixi, işğaldan öncə və işğal dövrü barədə məlumat verilib.

Səyyahlar Ağdam şəhərində işğal zamanı törədilən dağıntılara baxıb, işğaldan sonra şəhərdə aparılan quruculuq işləri ilə tanış olublar.

Ağdamda digər tarixi və mədəni məkanlar da ziyarət ediləcək.