"Dünyanın hər bir yerində namizədlər əlbəyaxa döyüşə də çıxırlar.” Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbəti iclasında bildirib. MSK sədri Məzahir Pənahov yerli və beynəlxalq müşahidəçilərə müraciət edib: "Həqiqətə uyğun olmayan informasiyaların yayılmaması üçün əlimizdən gələni edirik. Həm yerli, həm də beynəlxalq nümayəndələrin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan xalqı o qədər də sadəlövh deyil. Bizdə ənənvi olaraqa xarci vətəndaşlara xüsusi hörmət qoyulur. MSK sədri bildirdi ki, xarici treninqlər və büllietenlərin paylanması prosesi başa çatıb: "Heç bir qanun pozuntusuna yol verilməyib. Protokolların dairələrə paylamaq mərhələsindəyik. Bizim tərəfimizdən qanunun bütün tələblərinə cavab verilən yerlərdə də müşahidəçilərə qarşı heç bir xoşagəlməz münasibət müşahidə olunamyıb. Bütün addımlar atılıb bu yöndə.”
Onun sözlərinə görə, Müstəqil Mətbuat Mərkəzində 2000-ci ildə yaradılandan daha mükəmməldir. Bu praktika dünyada müraciət olunsa da, Azərbaycanda ilk dəfədir ki, tətbiq olunur. Çox nüfuzlu təşkilatların nümayəndələri artıq Azərbaycandadır. Biz onların faliyyətinə hörmətlə yanaşırıq.