Ermənistan Sahibkarlar Birliyinin direktoru Qaqik Makaryan gülünc bəyanatla çıxış edib. O, işğal etdikləri qondarma Dağlıq Qarabağ Respublikası ətrafındakı əraziləri satmağı təklif edib. Onun fikrinə görə bu, Dağlıq Qarabağ bölgəsinin gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq və regiona əlavə maliyyə gətirəcək. Markaryan hesab edir ki, özgəsinin olan əraziləri çox yüksək qiymətə satmaqla Ermənistanı düşmüş olduğu böhrandan çıxarmaq mümkündür. Halbuki ermənilər bütün Ermənistanı da satsalar, heç bir pul bu süni yaradılmış erməni dövlətini diz üstə qaldırmağa kömək etməz.
Siyasi analitik Cümşüd Nuriyev isə bu cür bəyanatla çıxış edən şəxsin erməni olduğuna görə heç də təəccüblənmədiyini deyib: "Makaryanın açıqlaması, kökündən qanunsuzdur. Azərbaycan 1992-ci ildə mart ayının 3-də BMT-nin həmin sərhədlər daxilində. Yəni 86,6 min kvadrat kilometr ərazi ilə daxil olub. Həmin ərazinin isə bu gün 20 faizi erməni işğalındadır. Qaqik Makaryan, Dağlıq Qarabağın öz ərazisini yoxsa, ətraf ərazilərdəki işğal olunmuş rayonları satır, bilmirəm. Onu bilirəm ki, Makaryanın başı xarabdır. Azərbaycan qanunvericiliyinə görə, torpaqların satılması yalnız ölkə daxilində özəlləşdiriləndən sonra mümkündür. Hələ ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə heç bir özəlləşdirmə prosesi getmədiyi üçün orada bir ovuc torpağın satılması belə Konstitusiyamıza ziddir. Beynəlxalq hüquqda isə torpaq satışına o vaxt icazə verilir ki, həmin dövlət, qanunvericiliyə dəyişiklik edərək, xüsusi Konstitusiya aktı qəbul etməlidir. Görünür, Makaryan Yunanıstanla Azərbaycanı qarışıq salıb. Yunanıstanda böhrandan çıxmaq üçün adam yaşamayan adaları satmaq istəyirlər. Ermənistanın vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan torpaqlarını satmaq isə ancaq ermənilərin ağlına gələ bilər. Bunun başqa adı yoxdur”.
Makaryanın satmaq istədiyi torpaqların hüquqi baxımdan nə Ermənistanın, nə də qondarma respublikanın əmlakı olmadığını vurğulayan politoloq hesab edir ki, Ermənistan Sahibkarlar Birliyinin direktorunun təklifi populizmdən başqa bir şey deyil: "Həm də bu bəyanat erməni xislətini bir daha gündəmə gətirmiş oldu. Görünür, ermənilər işğalçı olmaqla yanaşı, həm də savadsızdırlar. Makaryanın təklifi adi bir bazar alverçisinin fikirləridir. Ümumiyyətlə, onlar bir millət və dövlət olaraq beynəlxalq hüquqdan çox uzaqdırlar. Çünki Azərbaycana məxsus torpaqların ermənilər tərəfindən satılması həm Azərbaycan, həm də beynəlxalq qanunvericikdə yolverilməzdir. Bu mümkün olan şey deyil. Dağlıq Qarabağ Azərbaycan sərhədləri daxilində olduğu üçün bu ərazilərdə yalnız Azərbaycan qanunları hakimdir. Bu baxımdan Makaryanın açıqlamasının növbəti erməni sərsəmləməsindən başqa adı yoxdur”.