Mahrux Muradovanın acı həyatı: Xəstə qızını atdı... - Feyruz Muradov yazır

Xalq artisti Rübabə Muradovanın kiçik bacısı, dövrün tanınmış müğənnisi Mahrux Muradova haqda az məlumatlar var. Yaxından tanıdığım , yaxın qohumum olan bu sənət fədaisinin həyat hekayəsini qısa yazmağa , oxuculara çatdırmağa çalışdım.
M.Muradova 1943-cü ildə Ərdəbil şəhərində Mirzə Xəlil Muradov və Siddiqə xanım Hacı Qafar qıznını ailəsində dünyaya göz açıb.Ailədə dördüncü övlad olub.Mahruxun üş yaşı olarkən ailələri İrandan Cənubi Azərbaycana mühacirət etməli olur. Aiə bir neçə ay Cəlilabad rayonunda məskunlaşdıqdan sonra Salyan rayonuna köçür. Mahruxun uşaqlığı və yeniyetməlik çağı Salyan rayonunda keçib.O, 1949-cu ildə buradakı 4 saylı orta məktəbə daxil olub.Yeddinci sinfə kimi burada oxuyub.1957-ci ildə atası Mirzə Xəlil Muradovun ailəsi o vaxtkı Əli Bayramlı, indiki Şirvan şəhərinə köçüb.Mahrux da Əli Bayramlıdakı 2 saylı məktəbdə təhsilini davam etdirir.Lakin təhsilini tam başa vura bilmir.Əslən Neftçala rayonunun Totanaməhlə kəndindən olan və işləmək üçün Əli Bayramlıya gələn Ənvər Salmanov adlı gənc oğlan Mahruxu görüb onunla ailə qurmaq niyyətinə düşür.Ənvər qızı qaçırdır.Baxmayaraq ki , Mahrux o vaxt azyaşlı idi.Lakin ailəsi şikayət etmir və 1958-ci ildə Totanaməhlə kəndində toyları olur. Cəmi bir neçə ay sonra gənclər Əli Bayramlıda ikiotaqlı mənzil alaraq orda yaşayırlar. Onların ailəliyi 12 il davam edib.Bu nigahdan Mahruxun iki qız övladı dünyaya gəlir.Böyük qızı Məlahət və kiçiyi Vəcahət.Böyük qız psixi qusurlu doğulur .Bu da Mahruxun həyatında böyük sarsıntı yaradır.Kiçik qızını isə o çox sevir.
No description available.
  Mahrux böyük bacısı Rübabə Muradova hələ ailələri Salyan rayonunda yaşayarkən Bakıya gedərək ciddi sənətlə məşğul olur və tanınır. Rübabə xanım Bakının mərkəzində ikiotaq ev də alır. Böyük bacısının uğurları Mahruxu da ruhlandırır. Mahruxun da ürəyindən müğənni olmaq arzusu var idi. Hərdən böyük bacısı onların evinə baş çəkəndə Mahrux öz istəyini Rübabəyə bildirirdi.Amma müsbət cavab ala bilmirdi.Rübabə xanım sənət barədə çox tələbkar idi.Nə öz qızlarına , nə də kiçik bacılarının heç birinin müğənni olmaq istəylərini dəstəkləmirdi.Səbəb nə idi? Səbəb o idi ki, Rübabə xanım onlarda müğənnlik potensialı görmürdü.Ona görə də onların istəklərinə qarşı çıxırdı ki,bu da yaxınları tərəfindən düzgün qəbul edilmirdi.
No description available.
Mahrux Muradovanın ailəsində münaqişələr çoxalırdı.O ailəsindən ayrılmaq istəyirdi.Bu münaqişəli ailə dramı onun atası Mirzə Xəlilin 1967-ci ildə vəfat etməsindən sonra daha da kəskinləşməyə başladı.Nəticədə ailə dağıldı.O kiçik qızını özü ilə götürərək 1970-ci ildə Bakıya , böyük bacısının yanına yollandı.Rübabə onun səsini,oxumasını dinlədi.Mahruxda müğənnilik potensialı olduğunu gördü və ona kömək edəcəyinə söz verdi. O bir müddət bacısının evində yaşadı. 1971-ci ildə Ceyran Haşımovanın rəhbərlik etdiyi “Lalə” qızlar ansanblına üzv qəbul olundu.Azərbaycanın müxtəlif bölgələrinə səfərləri , televiziyada çıxışları bir-birini əvəz etməyə başladı.Onun oxuduğu xalq mahnıları, muğamlar, təsniflər və bəstəkar mahnıları onu dinləyicilər arsında sevdirdi.Şübhəsiz ki , Rübabə Muradovanın kiçik bacısı olması ona qarşı maraqın artmasına səbəb olurdu.
Mahrux öz kiçik qızı ilə birlikdə bacısı evində daimi qala bilməzdi.Bu dəfə Əsli Nağıyeva adlı bir xanım Mahruxun xilaskarına çevrildi.Əsli Nağıyeva Rübabə xanımın parəstişkarlarından biri idi.O , Rübabə xanımının bütün konsertlərini, operadakı çıxışlarını daim izləyirdi.Hər dəfə konsertlərdən sonra Rübabə xanımla ünsiyyət qurmağa, yaxın olmağa can atırdı.R.Muradova Əsli xanıma hörmət göstərməyə başladı.Hər konsertdə onun mütləq tamaşaçılar arasında olacğına əmin idi.Tədricən onlar yaxın rəfiqəyə çevrildilər.Əsli onun evinə gedib-gəlməyə başlayaraq , Rübabə Muradovanın yaxınlarından biri oldu.
Mahrux bacısının evində Əsli xanımı tez-tez görürdü.Rübabə onları tanış etdi.Bir dəfə söhbətlərin birində Rübabə xanım Əsliyə təklif etdi ki, Mahrux bir müddət onun evində qalsın.Çünkü Rübabənin evi çox vaxt qonaqlı - qaralı olurdu.Əsli razılaşdı.Beləliklə Mahrux bu qadının evinə köçdü.Lakin bu köç müvəqqəti olmadı.Həmişəlik oldu.Əsli Nağıyeva Bakının Balaxanı qəsəbəsində doğulub böyümüşdü.Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişdi. Bakı Yeyinti- Sənaye texnikumunda direktor müavini işləyirdi.Səhhətindəki problemlə bağlı ailə həyatı qurmamışdı.Tək yaşayırdı.O, Mahruxa öz dogma qızı kimi münasibət göstərir , həyatını onsuz təsəvvür edə bilmirdi.Mahruxun qızını da öz doğması kimi qarşılayırdı.
Xoşbəxtlik gələndə dalbadal gəlir.Mahruxun da üzünə xoşbəxtlik qapıları taybatay açılır. “ Lalə ” qızlar ansablının gitaraçısı Şükür Əliyev ona aşiq olur.Qastrollarda , konsertlərdə bir yerdə olurdular.Bir-birlərini yaxından tanıyırdılar.Günlərin birində Şükür evlilik təklif edir.Mahrux xanım bu evliliyə razılaşır. Evliliyi qeyd etmək üçün şəhərin restoranlarının birində yığıncaq keçirirlər.
Harada yaşayacaqlarını müzakirə etdikdə Şükür onun ata evinə getmələrini təklif edir .Mahrux onun ata evində , darısqal şəraitdə yaşamaq istəmədiyini bildirir.Əsli xanım isə Mahruxu yanından heç yana buraxmayacağında israr edir.Xeyli muzakirələrdən sonra qərara alırlar ki, Əsli xanımı da tək qoymaq olmaz.O, bu müddət ərzində Mahruxa necə oyrəşmişdisə onu yanında heç yana buraxmaq istəmirdi.Belə də olur. Onlar Əsli xanımın yanında ,onunla birlikdə.yaşamağı qərara alırlar.Bu qərar hamını razı salır.Onların evliliyi 1973-cü ildə başlandı və 2002-ci ilədək yəni Mahrux xanım dünyasını dəyişdiyi günədək davam etdi.Onları demək olar ki, ancaq ölüm ayıra bildi.
Mahrux uzun illər tanınan , sevilən müğənni kimi fəaliyyət göstərdi..Yaxşı, mənalı həyat qurmağa nail oldu.Qızını böyüdüb ərə verdi.Bütün bu uzun illər ərzində Şükür də Əsli xanım da onun yanında oldular.Yalnız həyatının son illərində Mahrux Muradova xəstəliyə tutuldu.Daha əvvəlki görkəmi də qalmamışdı.Toylara da gedə bilmirdi. Xəstəliyi ucbatından əzablı günlər yaşamalı oldu.Dövlətdən kömək istədi.Dövlət onun səsini eşitdı, Prezident tərəfindən fərdi təqaüd təyin olundu.Lakin o bu təqaüdü qısa müddət ala bildi.2002-ci ildə 59 yaşında dünyasını dəyişdi. Şükür Mahrux xanım öləndən sonra Əsli xanımın evini tərk etdi.O Mahruxdan sonra bu evdə yaşamağı təsəvvür edə bilmirdi.Mahruxun ölümündən bir neçə ay sonra Şükür da dünyasını dəyişdi.Mahruxdan sonra onun həyatı mənasını itirmişdi.
Əsli Nağıyeva da Mahruxun ölümündən sonra tanınmaz hala düşür.Sanki həyat eşqi Mahruxla çəkilib getmişdi.Mahruxun ölümündən il yarım sonra Əsli xanım da dünyasını dəyişdi.
Birinci həyat yoldaşı Ənvər Salmanovla Mahrux bir daha görüşmədi.Ənvər başqa ailə qurdu.Övladları oldu. Mahruxla nigahdan olan xəstə qızı Məlahətin son günədək qayğısını çəkdi.Həmişə giley eirdi ki, Mahrux bir dəfə də olsa gəlib xəstə qızına baş çəkməyib.O, haqlı idi.Ənvər Salmanov ölümünə yaxın Mahruxa xəbər göndərıb ki, son dəfə gəlib ona baş çəksin.Son dəfə onu görüb dünyadan getsin.Amma Mahrux getməyib.Bəlkə də bu davranışıyla günaha batdı .Kiçik bacısı Tahirə Mahrux dünyasını dəyişdikdən sonra deyirdi ki, onu xəstə qızının, bir də ərinin qarğışı tutdu.Şünkü o xəstə qızına heç vaxt baş çəkmədi. Əri ölümqabağı onu son dəfə görmək istəsə də onu gözüyolda qoydu.
No description available.

Azərbaycan Jurnalistlər İttifaqının üzvü Feyruz Muradov