Yolu qar bağladı: Süd qazanına düşən 2 yaşlı uşaq üçün vertolyot gəldi

Türkiyənin ən sərt soyuqlar keçən Bingöl  bölgəsinin  Elmaağaç kəndində süd qazanına düşərək yanan 2 yaşlı Hasan Adar Gengeç, yolun qardan bağlı olması səbəbiylə əraziyə enən hərbi vertolyotla Malatyaya aparılıb, müalicəyə başlanıb. (milliyet)
Tibb mərkəzinin  reanimasiya şöbəsində  müalicəsi davam edən  Gengeçin vucudunun yüzdə 15 faizində  1-ci və 2-ci dərəcəli yanıqlar yarandığı  və ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.