"QHT Əməkdaşlıq Alyansı” prezident seçkilərinin gedişində keçirdiyi "exit-poll”un nəticələrini elan edib. AzNews.az xəbər verir ki, qurumun sədri Rufiz Qonaqov tərəfindən açıqlanan nəticələr belədir:
İqbal Ağazadə - 1,88%
İlham Əliyev - 83,89%
Araz Əlizadə - 0,71%
Hafiz Hacıyev - 0,79%
Qüdrət Həsənquliyev - 1,30%
Cəmil Həsənli - 8,20%
İlyas İsmayılov - 0,95%
Fərəc Quliyev - 0,63%
Sərdar Cəlaloğlu - 0,67%
Zahid Oruc - 0,98%.
"Exit-poll”un bütün 125 dairə üzrə keçirilib.
Təşkilatın həmsədri Rafael Becanov "exit-poll”un metodologiyası haqda suala cavabında bildirib ki, onlar bütün məqamları nəzərə almağa çalışıblar və daha dəqiq rəqəmlər sabah açıqlanacaq: "Yalnız onu deyə bilərəm ki, seçkilər ədalətli və şəffaf keçirilib”.
"Exit-poll”a əsasən seçkidə seçicilərin 67%-i iştirak edib.