Gəlin və bəy səs verdi

Cütlük restorandan qabaq seçki məntəqəsinə gedərək səsvermədə iştirak edib

Prezident seçkiləri günü seçki məntəqələrindən birində maraqlı hadisə yaşanıb. Toy günləri seçki gününə təsadüf edən cütlük əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər. Musiqinin müşayiəti ilə səs verən bəylə gəlin daha sonra şadlıq sarayına yola düşüblər.