Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, Milli Şura üzvü Rəsul Quliyev prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Modern.az-ın məlumatına görə, eks-spiker seçkinin nəticələrindən danışaraq Milli Şuranı xalqın ümidlərini puç etməkdə günahlandırıb. "Müxalifət Milli Şuranın 21 avqust qərarı ilə nəhayət Azərbaycan xalqının kürəyini yerə vura bildi. 20 illik fəaliyətsizlik nəticəsində Əliyevlər hakimiyyəti ilk dəfə leqitimlik statusu alacaq”.