Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı etibarlı hesab edilmiş səslərin namizədlər üzrə bölgüsünün yekun nəticələrini açıqlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MSK-nın 5492 seçki məntəqəsinin hamısından ilkin məlumatlar Mərkəzi Seçki Komissiyasına elektron variantda daxil olub və qurumun veb-səhifəsində yerləşdirilib.
Seçki məntəqələrinin hamısından daxil olan nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən liderliyini qoruyur. Belə ki, İlham Əliyev 84,55 faizlə (3 126 612 səs) öndə gedir.
Digər namizədlərin səsləri isə belədir:
Cəmil Həsənli - 5,53% (204 635 səs)
İqbal Ağazadə 2,40% (88 667 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)
Zahid Oruc - 1,45% (53 717 səs)
İlyas İsmayılov - 1,07% (39 641 səs)
Araz Əlizadə - 0,87% (32 065 səs)
Fərəc Quliyev - 0,86% (31 774 səs)
Hafiz Hacıyev - 0,66% (24 459 səs)
Sərdar Məmmədov - 0,61% (22 728 səs)
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı isə 5 milyon 163 min 231 nəfərdir. Yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,1 faiz təşkil edib.