"Azərbaycan üçün önəmli olan bu seçkilər bölgə üçün də mühüm idi”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun səfirlikdə keçirilən mətbuat konfransında bildirib: "Keçirilən seçkilər modern ölkələrdəki seçimlər kimi oldu. Yəni insanlar gəldilər və səslərini verdilər.Seçimlərinin nəticəsində İlham Əliyev qalib gəldi. Onu təbrik edirik və inşallah üçüncü dönəmdə Azərbaycan-Türkiyə əlaqələri daha da irəliləyər. Bu təkcə iki ölkənin deyil, dünyanında diqqətindədir”.
Səfir həmçinin qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyini həmişə dəstəkləyib, bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləmək istiqamətində addımlar atmağa çalışıb və bundan sonra da dəstəyini davam etdirəcək: "Türkiyə hökuməti ümidvardır ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən əl çəkəcək. Bölgədə sülhün və əmin-amanlığın olması Türkiyə üçün çox önəmlidir”.