Qatar relsdən çıxdı:32 ölü - YENİLƏNİB




Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 50 nəfər xəsarət alıb.

APA-nın ANİ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq "Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.

xxxx

04:50

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
APA-nın "Frans Press”ə istinadən verdiyi xəbərə görə, hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir, sərnişinlər ərazidən təxliyə edilir.
Dəmir yolunda hərəkət dayandırılıb.
Qəzanın səbəbləri hələlik məlum deyil.

****** 02.53

Hindistanda qatarın relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 100-dək insan xəsarət alıb. APA-nın "Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Məlumata görə, yeddi vaqon və lokomotiv relsdən çıxaraq aşıb.
Qatar Orissa ştatının paytaxtı Bxubaneşvar şəhərinə yollanırmış.
Qəzanın səbəbləri araşdırılır.