Londondakı partlayışda 7 nəfər yaralanıb - YENİLƏNİB





Londonun şərqində yaşayış binasına od vurmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə "Guardian” yazıb.
Məlumata əsasən, azı 60 yanğınsöndürən üçmərtəbəli binanın 1-ci mərtəbəsində əmələ gələn yanğının söndürülməsinə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən iki nəfərin də müxtəlif zədə aldıqları bildirilirdi.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Londonun şərqində yaşayış kompleksində baş verən partlayış nəticəsində 4 nəfərin yaralandığı bildirildi.
***
01:18
Londonun şərqində yaşayış kompleksində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3 nəfərə hadisə yerində tibbi yardım göstərilib, 1 nəfər xəstəxanaya göndərilib.
İnsidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.
***
23:28
Londonun şərq hissəsində partlayış baş verib.
APA-nın məlumatına görə, bu barədə "Mirror” xəbər verib.
İlkin məlumata əsasən, partlayış yaşayış kompleksində qeydə alınıb.
Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və azı 60 yanğınsöndürənin cəlb edildiyi bildirilir.

İnsidentin səbəbləri hələ ki, bəlli deyil. Zərərçəkənlər barədə məlumat verilmir.