Rusiya ordusu bu türk ölkəsində 15 il qalacaq




Rusiya və Qırğızıstan arasında hərbi əməkdaşlıqla bağlı müqavilə bu gündən qüvvəyə minib.
Axar.az xəbər verir ki, müqaviləyə əsasən Rusiya ordusu Qırğızıstanda ən azı 15 il də qalacaq.

Beləliklə, Rusiya Qırğızıstanın Kant aerodromunu istifadə edəcək, Edelveys təhsil mərkəzi və digər hərbi obyektlərdə varlığını saxlayacaq.

Müqavilədə bu müddətin daha 5 il uzadılması mümkünlüyü də əksini tapıb.

Xatırladaq ki, Kant hərbi bazası 2003-cü ildən Rusiyanın ixtiyarındadır. Bişkekin 20 kilometrliyində, Çu çayının sahilində yerləşən baza Kant şəhərindədir.