“Marsel” onun üçün London klubuna 25 milyon avro ödənəcək




Fransız futbolçu Dmitri Payenin gözlənilən transferi nəhayət rellaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi vətəninə yollanacaq.

"Vest Hem”dən ayrılmaq istədiyini dəfələrlə açıq şəkildə bildirən oyunçu "Marsel”ə keçəcək. "SKY Sports”un xəbərinə görə, Paye artıq tibbi müayinədən keçmək üçün Fransaya yollanıb. Onun üçün London klubuna 25 milyon avro ödənəcək.
Qeyd edək ki, tərəflər uzun müddətdi məbləğdə yaranmış anlaşmazlıqlar ucbatından razılığa gələ bilmirdi.