Bakıda xəstəxanada ölən qadına sahib çıxan olmadı - Kimsəsizlər məzarlığında basdırıldı





Yanvarın 25-də Bakıda Ruhi-Əsəb Dispanserində vəfat edən qadının ölüm səbəbi müəyyənləşib. Lent.az xəbər verir ki Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində yatağındaca ölən 52 yaşlı Tatyana Dmitriyevanın ağ ciyər çatışmazlığından həyatını itirdiyi məlum olub.
T.Dmitriyevanın ailəsi və ya yaxınlarından kimsə tapılmadığından o, Bakıdakı kimsəsizlər məzarlığında dəfn edilib.