Azərbaycanlı milyarder Trampla görüşüb




Azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimində iştirak edib. 

Sherg.az Lent.az-a istinadən xəbər verir ki, Trampın dəvəti ilə Amerikaya gedən məşhur biznesmen, eyni zamanda bu ölkədə ilk ofisini açıb. 

Trampla yaxın dost olduğu deyilən Mənsimov mərasimdə yeni prezidentlə eyni masada oturub.