“Məhkəməyə gəlib, görə bilərsiniz”

Əri Gülər Əhmədovanın səhhətindən xəbərsizdir

"Onun səhhəti ilə bağlı heç bir söz deyə bilmərəm”. Bunu Azvision.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov deyib: "Mən də onu dünəndən görənəm. Bilmirəm səhhəti necə oldu. Məhkəməyə gəlib, görə bilərsiniz”- deyə F. Əhmədov bildirib. Qeyd edək ki, Bakı Ağır Cinayətlərə Dair Məhkəmədə eks deputat Gülər Əhmədovanın məhkəməsi olub. Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə prosesi oktyabrın 31-ə qədər təxirə salınıb. G. Əhmədova Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.