"Xocalı Həftəsi" rubrikamızın bu dəfəki qonağı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovdur.
O, Sherg.az-a Xocalı faciəsinin baş vermə səbəbləri, soyqırım nəticəsində dinc, əliyalın soydaşlarımızın başına gətirilən amansız işgəncələr, bu faciəyə dair həqiqətlərin beynəlxalq arenaya çıxarılması və soyqırımın baş verməsində Rusiyanın rolundan danışdı. B. Səfərov deyib ki, şəhidlərimizin ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra şad ola bilər:
" Xocalıda qətlə yetirilənlərin yaxınlarına baş sağlığı verirəm. Faciədən sağ çıxanlara isə can sağlığı arzulayıram. Onlar qəhrəmandırlar ki, belə müsibətlərdən sağ çıxa biliblər. Orada günahsız uşaqlara , əliyalın insanlara divan tutublar. Erməni silahlı qüvvələri və 366-cı motoatıcı alay hücum edib, bu günahsız insanları amansızcasına, işgəncə verərək öldürüblər. Təsəvür edin, uşağın gözü qabağında atasının üzərinə benzin töküb, yandırıblar. 8 ailə məhv edilib. 125 uşaq hər iki valideynini itirib. Bu gün də 150 -ə yaxın uşaq, qız və ya qadın haqda heç bir məlumat yoxdur. Xocalı faciəsi haqqında danışanda sınıram, əzilirəm. Çünki biz qalib olmayılıq. Günahsız insanların qısasını almalıyıq.
- Soyqırımın törədilməsində Rusiyanın rolu nədən ibarətdir?
- 366-cı alay Xankəndində yerləşirdi. Onun zabit heyəti içərisində ermənilər çox idi. Rusiya və Ermənistan xristian ölkələrdir. Bir- birni dəstəkləyirlər.
Rusiya Ermənistana köməklik göstərirdi. Xristian həmrəyini burada da özünü göstərdi.
-Xocalıda soydaşlarımızın başına gətirilən faciələrə baxmayaraq bəzi Avropa ölkəsi bu soyqırımı tanımır. Sizcə, səbəb nədir?
Emənistan prezidenti Serj Sarkisyan avropalı jurnalist Tomas de Vala müsabibəsində qeyd edir ki, Azərbaycan elə düşünürdü ki, biz dinc əlahini qətlə yetirməyəcəyik. Bu ifadə onların günahsız insanları qətlə yetidiklərini və Sarkisyanın cinayətkar olmasının aydın təzahürüdür. Gün gələcək ki, Sarkisyan və onun kimi vəhşilərin hamısı məhkəmə qarşısında cavab verəcəklər.
Avropaya nə deyək? Avropanın aparıcı ölkələrindən olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Bu ölkə də ermənipərəst mövqeyi ilə seçilir. Onların təbiyəsi budur. Onları 200 ildir ki, belə görürük.
-Bu gün Amerikanın Arizona ştatı da Xocalı soyqırmını tanıdı. Bu barədə nə deyə bilərsiniz?
Bilirik ki, 2009-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası başladılıb. Və bu kampaniya nəticəsində çox uğurlu işlər görülüb. Xalqımızın, əhalimiz başına gətirilən müsibətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Amerika, Avropa və başqa ölkələrdə Azərbaycan həqiqətlərini o ölkələrin əhalisinə çatdırıblar. Bu mənada onlara təşəkkür edirəm. İşlərində uğurlar arzulayıram. Qoy, elə bir gün gəlsin ki, bütün dünya ictimaiyyəti Xocalıda törədilən o vəhşiliyi soyqırım kimi tanısın.
Ayyət Əhməd