"Ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini yüksək qiymətləndirirəm. Bilirsiniz ki yalnız Azərbaycanda deyil, bütöv Cənubi Qafqazda birinci vitse- prezident vəzifəsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır".
Bunu Sherg. az-a sözügedən təyinatı dəyərləndirərkən "Teleqraf” Media Qrupunun rəhbəri, sabiq millət vəkili Aynur Camalqızı deyib. O qeyd edib ki, cənab İlham Əliyev Azərbaycanın prezidenti olandan sanra birinci xanım institu ik olaraq Azərbaycanda formalaşdı:
" Bilirsiniz ki, Qafqazın digər ölkələri olan Gürcüstan və Ermənistanda heç bir xanım Meriban xanım Əliyeva qədər böyük nüfuza malik deyil. M. Əliyeva nəinki Qafqazda hətta bütün dünyada böyük nüfuza malikdir. O, siyasi liderdir, ictimai -siyasi xadimdir. Təkcə Azərbaycanın problemləri deyil, dünyanın əksər ölkələrinin mədəniyyət və təhsili ilə bağlı problemlərin həllində iştirakçıdır. Pakistanda qızlar üçün məktəb açılıb. Mehriban xanım həmin məktəbin açılmasında, bundan əlavə Avropanın bir çox məşhur mədəniyyət abidələrinin təmirində yaxından iştirak edib. Strazburqda, İtaliyanın paytaxtı Romada və digər Avropa ölkələri paytaxtında kitabxanalar məhz Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunub. Azərbaycanda ən ucqar kəndlərdə belə yeni məktəblər tikilib. Təmirə ehtiyacı olan orta məktəblər və bağçalar təmir edilib. Şagirdlərin keyfiyyətli təhsil almaları üçün onlara hər cür şərait yaradılıb. Bütün bu işlərin hamısı Mehriban Əliyevanın adı ilə bağlıdır. Onun "Yeniləşən Azərbaycan" məktəb proqramı çərçivəsində ölkəmizdə yüzlərlə məktəblər inşa olunub, müəllim və şagirdlərin istifadəsinə verilib. Bunları ona görə sadalayıram ki, Azərbaycan əhalisi, Azərbaycan insanları Mehriban Əliyavanı yüksək tribunalarda, yüksək arenalarda yüksək statuslarda görmək istəyir. Düzdü, birinci xanım olmağın özü də böyük bir statusdu. Və düşünürəm ki, cənab prezidentin məlum təyinatı Azərbaycan vətəndaşlarının arzusundan doğan addım idi. Azərbaycanlılar belə bir təyinatı gözləyirdilər".
"Mehriban Əliyevanı xalqa sevdirən onun hansı məziyyətləridir?" sualına gəlincə, A.Camalqızı söyləyib ki, orta statistik azərbaycanlılar məmur aparatından daha çox Heydər Əliyev Fonduna etibar və etimad göstərirdilər:
"Bütün bunların hamısı Mehriban Əliyevanın şəxsiyyət ilə bağlıdır. Onun insanlara və insanlığa olana həssas münasibəti, qayğısı, diqqəti , lütfkarlığı, həmişə problemi olan insanların yanında olması, qayğıya ehtiyacı olan insanların yanında olması, onlara dəstək verməsi onu bütün azərbaycanlıların sevdiyi, hörmət etdiyi ,etimad göstərdiyi şəxsiyyətə çevirib".
A.Camalqızı düşünürki, qadınlar güclənirsə, qadınlar önə çıxırsa, ictimai işlərdə fəal iştirak edirlərsə, bu, dövlətin və cəmiyyətin xeyrinədir:
"Qadınlar ictimai- siyasi həyatda fəallaşdıqca, o cəmiyyət daha da güclənir, daha da inkişaf edir. Qadınların qabağa çıxdığı ölkələrdə inkişaf daha yüksək gedib. Məsələn, İngiltərədə Marqaret Tetçer, Hindistanda İndira Qandi öz xalqlarının və ölkələrinin tarixində, taleyində hansı rolu oynayıblarsa, əminəm ki, Mehriban Əliyeva da Azərbaycan xalqının tarixi, taleyində həmin müsbət rolu oynayacaq. Mehriban xanım cənab prezidentin ömür - gün yoldaşı olmaqla yanaşı, ən yaxın silahdaşıdır. Onlar Azərbaycanda problemlərin həllində daha böyük töhvələr verəcək. Bu təyinatla Azərbaycanın hər bir probleminin, o cümlədən prioritet məsələ olan Qarabağ münaqişəsinin tənzimlənməsində Mehriban xanımın xidmətlərini daha yaxından görmək imkanı qazanacağıq.Ölkənin xaric siyasəti ilə bağlı taleyüklü məsələlər cənab prezidentin üzərindədir. Və cənab prezident bu istiqamətdə çox böyük uğurlara imza atılıb. Biz Mehriban xanım Əliyevanın parlaq və aydın zəkasını, xalqına və dövlətinə olan sevgisini hər an görəcəyik, hiss edəcəyik. Bu dəyişiklikləri Azərbaycan insanı öz həyatında görəcək və yaşayacaq".
Qeyd edək ki, bu günlərdə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib. Məlumata görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
İsmayıl