Derbini "Beşiktaş" qazandı





Türkiyə superliqasında 22-ci tura yekun vurulub. Son oyun günündə turun mərkəzi qarşılaşması keçirilib. İstanbulda şəhərin iki komandası "Qalatasaray" və "Beşiktaş" üz-üzə gəlib.
Əzəli rəqiblərin duelindən "qara qartallar" qələbə ilə ayrılıb - 1:0.

"Qalatasaray” – "Beşiktaş” - 0:1
Qol: Talişka, 47

Xalını 50-ə yüksəldən "Beşiktaş" liderliyini möhkəmləndirib. "Qalatasaray" isə 40 xalla 3-cü pillədə qərarlaşıb.