"Bura zibil atanın anası, bacısı..." - Paytaxt divarları

Ölkəmizdə bəzi şəxslərin məişət zibillərini zibil qabılarına deyil, qonşunun qapısı ağıza, liftə, blokun qabağına və küçə tinlərinə atması ilə bağlı hallara az qala hər gün rast gəlirik. Bu problem uzun illədir mövcud olsa da, ona etik ölçülər çərçivəsində heç bir əncam çəkilmir. Məsələnin qarşısı isə həmin yerlərə, "Bura zibil atan eşşəkdir", Bura zibil atanın atasına lənət" və s kimi söyüşlərlə qismən də olsa alınır. Elə dünən kültüroloq Aydınxan Əbilov da öz feysbuk səhifəsində mövcud problemi əks etdirən foto paylaşıb. 
O fotoda ünavanı göstərilməyən blokun qabağına "Bura zibil atanın anası, bacısı pis yoldadır" sözləri yazılıb. Şübhəsiz ki, bu cür söyüş və təhqirlər məsələnin müvafiq həlli deyil. Ona görə ki, küçə tinlərinə, blok və liftlərə yazılan bu ifadələr söyüşün ictimai qınağın bir elementinə çevrilməsinə yol aça bilir.
Problemdən çıxış yolları barədə danışan tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu da Sherg.az-a açıqlamasında qeyd edib ki, hər bir ölkənin ən mühüm göstəriclərindən biri onun əhalisinin mədəni davranışıdır: 
"İnsanlar hansısa ölkəyə səfər edəndə o ölkənin park və küçələrinin gözəlliyinə fikir verdikləri kimi insanlarının da mədəni səviyyəsinə diqqət yetirirlər. Divalara söyüş dolu söz yaz yazmaq da davranışın bir formasıdır. Təsəvvür edin ki, hər hansı bir ölkədən Azərbaycana qonaq gəlir və o adam Azəracan dilini də bilir. Bakı küçələrini gəzəndə küçə tinlərində, blokların qabağında həmin təhqiramiz söyüşləri görür. Həmin adamda ölkəmiz haqqında necə rəy yaranacaq? Əlbəttə, mənfi. Çünki normal insan söyüş söyməz. Burada başqa mexanizmlər tapılmalıdır. Kimsə zibili zibil qablarına deyil, blokların qarşısına, liftə atırsa, gizli kameralara quraşdırıb, buna nəzarət həyata keçirmək olar. Yəni həmin adam aşkarladıqdan sonra onunla söhbət aparmaq olar. Belə adamları mədəni şəkildə həmin pis əməllərdən çəkindirmək olar. Amma paytaxt küçələrinə bu cür yazı yazmaq xoşagəlməz göstəricidir".
Ayyət Əhməd