Bir evdə 5 qadının meyiti tapıldı





Bir evdə 5 qadının meyiti tapıldı. Lent.az-ın APA-ya istinadən məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.
**
12:54
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.
**
12:45
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.