Rusiyanın Ukraynada obyektlərə endirdiyi cavab zərbələri NATO-nun şərq cinahında ciddi sarsıntıya səbəb olub. Bu barədə "Politico" nəşri yazıb.
Sherg.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Rusiya aviazərbələri Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampla yenilənmiş sülh təklifini müzakirə etməsindən bir gün əvvəl NATO-nun şərq cinahında şok effekti yaradıb.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı şənbə günü Rusiyanın Ukraynadakı artan fəallığı fonunda növbətçi hərbi təyyarələrin havaya qaldırıldığını açıqlayıb.
Həmin gün Rusiya Müdafiə Nazirliyi də bəyan edib ki, Rusiya ordusu cavab tədbiri olaraq, o cümlədən “Kinjal” hipersəs raketlərindən istifadə etməklə, Ukrayna Silahlı Qüvvələrinin maraqlarına xidmət edən enerji infrastrukturu obyektlərinə və hərbi-sənaye kompleksinə məxsus müəssisələrə kütləvi zərbələr endirib. Nazirliyin məlumatına görə, bütün hədəflər vurulub və zərbələrin məqsədi tam təmin edilib.