"...Müharibə qaçılmazdır və ediləcəkdir" - Açıqlama




"Azərbaycan humanist ölkə olaraq müharibəni ən son çarə olaraq görür”.

Bunu Sherg.az-ın "Azərbaycana müharibə lazımdırmı?” sualını cavablandıran millət vəkili Jalə Əliyeva deyib. 

Xanım deputat bildirib ki, müharibələr heç vaxt insanlara xeyir gətirmir”.

"Müharibənin özünün şərtləri və müharibəyə gətirib, çıxaran şərait var. Bütün dünya tarixi də isbat etdi ki, torpaqlar uğrunda sona qədər mübarizə aparmaq lazımdırsa, müharibə qaçılmazdır və ediləcəkdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bölgədə və dünyada kiçik Ermənistan dövlətinin meydana gəlməsinə imkan verməyəcəyik. Biz danışıqlar masası arxasında, əlbəttə, son çarələr tükənənə qədər mübarizəni davam etdirmək niyyətindəyik. Çünki qan axıdılmasını istəmirik. Azərbaycanın dövlət mənşəyi, başda ölkə başçısı olmaqla apardığı siyasət dünya ictimaiyyətinə məlumdur. Danışıqlar baş tutmasa, Ermənistan davamlı olaraq danışıqlardan boyun qaçırsa, absurd şərtlər irəli sürüb iddialarını davam etdirərsə, biz müharibə etməyə hazırıq. Müharibəyə qadirik. Sadəcə olaraq hələlik müharibəyə cəhd etməməyimizdə məqsədimiz şəhid itkisinə yol verməmək, valideynləri gözü yaşlı qoymamaqdır”.

Aysel Aslan