28 dəfə Hacı olmuş deputat: “Öpüşmə olan xarici filmlərə tək baxıram”
17:25 30.03.2017
Arxiv
702
Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxürislam Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı statusun qalmaqal yaratmasına münasibət bildirib.
Q.Salahzadə "Ölkə.Az”-a açıqlamasında baş verən hadisənin xoşagəlməz hal olduğunu söyləyib:
"Mən təsəvvür edə bilmirəm ki, nə zamansa küçədə, ictimai yerdə öpüşən gənclərlə rastlaşaram. Çünki mənim gedib-gəldiyim, oturub-durduğum yerlərdə belə hallar ola bilməz. Hətta, mən evdə televizorda xarici kinolara da tək baxıram ki, uşaqlar, nəvələrim, nəticələrim orada öpüşmə görməsin. Çünki xarici filmlərdə öpüş səhnələri çox olur. Mən də buna görə xarici filmlərə tək baxıram. Azyaşlı uşaqların, gənclərin də bu cür filmlərə baxması arzuolunan deyil”.
Sabiq deputat öpüşmənin dində haram olub-olmaması barədə isə belə danışıb:
"Öpüşməyin dində haram olub-olmaması barədə heç bir söz deyə bilmərəm. Bunu dinlə məşğul olan adamlar daha yaxşı bilər. Ancaq mən bu cür hallara qarşıyam. İndi nə hərəkət ediblər, özləri bilərlər. Mən o gənclərə də qarşı çıxa bilmərəm”.
Xatırladaq ki, tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə qalmaqal yaradıb. İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə