2800 metr yüksəklikdə: 1500 il yaşı olan bir türk qadın mumyası tapıldı

Monqolustanda - Altay dağlarında 6-cı əsrdə yaşamış bir türk qadına aid olduğu iddia edilən yaxşı qorunmuş halda mumiya tapılıb. İndiyə qədər yalnız əlləri və ayaqları üçün qazıntı işləri aparılan mumiyanın tikişli və naxışlı paltarlar geydiyi görünür.
Türk tarixinə işıq salacağı gözlənilən mumiya 2800 metr yüksəklikdəki təpədə tapılıb. Mumiyanın qadın olduğuna, oxuyla birlikdə basdırılmadığı aydın olunca qərar verilib. Eyni zamanda mumiyanın elit təbəqədən deyil, xalqın içindən olduğu iddia edilir. Araşdırmaçılar tapılan məzarın, Orta Asiyada olan ilk əski türk məzarı olduğunu söyləyib.(milliyet)
Mumiyanın bütövlükdə Orta Asiyada ilk qədim türk mumiyası olduğu ifadə edilir. Qadınla birlikdə basdırılan fərdi əşyalar, 1500 il əvvəlki həyat haqqında ipuclar verir.