Fikrət Qoca oğlununa şeir yazıb - "Səni öz əlindən ala bilmədim"




Xəbər verdiyimiz kimi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib. Şairin oğlu Yalçın Qoca martın 11-nə keçən gecə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında qətlə yetirilib.

Qeyd edək ki, Xalq şairi oğlunun ölümü ilə bağlı kədərli şeir yazıb. 

Sherg.az həmin şeiri təqdim edir:













Mn səni qorudum uşaqlığından,

Mən səni qorudum cavanlığından,

Qorudum səni mən baba olunca

Demirəm izlədim, gəzdim dalınca...

Bu sözü əzəldən deyib atalar:

"Ac qarın özünün verər qılınca".

Bəlkə yaxşı ata ola bilmədim

Səni öz əlindən ala bilmədim.

Sən öldün, amma mən ölə bilmədim.

İndi yaşayıram qalan vaxtımı.

Yaşamaq... yəni bu yaşamaqdımı...!


Ayyət