Sahibi razılıq vermədi: Məzar tikintinin ortasında qaldı

Çinin Şanxi əyalətinin Taiyuan şəhərində 10 metr yüksəkliyində və 10 kvadrat metr enində bir məzarı sökə bilmədikləri üçün inşaatın ortasında qalıb.
Məzarı, ölən adamın ailəsi icazə vermədiyi üçün yıxa bilmədiklərinə görə maraqlı görüntülər ortaya çıxıb. Çinli şirkət ortada qalan və sahibini heç cür razılaşdıra bilmədikləri məzarı binanın içərisində saxlayaraq tikintini davam etdirib. Sahədəki digər məzarlara aid sümüklər, şəhərin xaricində bir başqa qəbiristanlığa daşınıb. Chang Zhinzyu ailəsi böyüklərinin olduğu 4 məzar üçün verilən təzminat aşağı olduğunu əsas gətirərək onun daşınmasına heç cür razılıq verməyiblər. Buna görə Çinli firma, məzarın o hissəsini kvadrat şəklində bağlayaraq yoluna davam edib. Məzarın tamamilə qapandığını görən ailə şirkətlə təkrar masaya oturub. Nəhayyət, Zhinzyu ailəsi 4 tabutun sümükləriylə birlikdə başqa bir qəbiristanlığa daşınması mövzusunda razılaşdı. Şirkət inadçıl çinliyə məzar başına 128 dollar ödəyəcək.