“Danışıqlar yolundan başqa, hərb yolu da var”





Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilir. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edir.
Baş nazir ötən ilin aprelində təmas xəttində baş verənlərdən dasnışıb.

A.Rasizadə bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb: 

"Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”.

"Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğını xüsusi ilə vurğulamaq istəyərdim” – deyən Baş nazir qeyd edib ki, bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirilməsini təmin edir.