1800 ailə özünəməşğulluq layihəsində istifadəyə başlayıb





Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilib. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edib.
Bundan sonra millət vəkilləri hesabatla bağlı fikirlərini səsləndiriblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ötən ilin struktur islahatları ilə yadda qaldığını qeyd edib. 

O bildirib ki, xüsusilə maliyyə, gömrük və vergi sektrounda ciddi struktur islahatları aparılıb. H.Rəcəbli vurğulayıb ki, ötən il qəbul olunan yeni proqrama əsasən 1800 ailə özünəməşğulluq sosial layihəsindən istifadə etməyə başlayıb: "Burada əsas məqsəd özünəməşğulluğun artırılmasıdır. Ötən il turizm sektorunda da mühüm işlər görülüb və minlərlə yeni iş yaradılıb”.