“İTV-də biznes bloku yaradılsın, əhali məlumatlandırılsın!”




Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilib. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edib.
Bundan sonra millət vəkilləri hesabatla bağlı fikirlərini səsləndiriblər. 

Deputat Əli Məsimli təklif edib ki, "İctimai” Televiziyada iqtisadi blok yaradılmalıdır: 

"İTV-də Rusiyada olan biznes kanalı formasında olan bir blok yaradılmalıdır. 2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb. Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Amma hökumət bu rəqəmi 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Yenə də deyirəm, bunun üçün İTV-də biznes kanalı formasında olan bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın”.