“Medianın durumu ağırdı - Qəzet kağızına görə ƏDV götürülsün!”





Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilib. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edib.
Bundan sonra millət vəkilləri hesabatla bağlı fikirlərini səsləndiriblər.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov hökumətdən idxal olunan qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini istəyib:

"ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərir. Media həssas sahədir və KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil. Cəmi yarım milyon manatdır. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.