...Rusiya bu ölkəyə müdaxilə edəcək” - Qarabağ qazisi




"Ermənistanda vəziyyət vətəndaş müharibəsi həddinə çatarsa, Rusiya bu ölkəyə müdaxilə edəcək”.

Bunu Sherg.az-a Ermənistanda baş verən kütləvi ixtişaşların nəticələrindən danışarkən "Qarabağ qaziləri” birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov deyib. 

Onun sözlərinə görə erməni ordusunda baş verən gərgin vəziyyət mediada da öz əksini tapır:

"Əsgərlərin bir-birini güllələməsi halları, ölümlər, insanlara işgəncə verilməsi hamısı həqiqəti əks etdirir. Çünki müəyyən zaman kəsiyində əsgər anaları buna etiraz olaraq hökumət qarşısında məsələlər qaldırırlar. Düşünmürəm ki, orada vətəndaş müharibəsi baş verəcəkdir. Ermənistan müstəqil dövlət kimi idarə olunmur, o Rusiyanın təsirində olan dövlətdir. Ona görə, vəziyyət daha da çox gərginləşib, vətəndaş müharibəsi həddinə çatarsa, Rusiya müdaxilə edəcək və Serj Sarkisyanın hakimiyyətdən getməsi məsələsini qaldıracaq. Bununla orada vətəndaş müharibəsinin başlanmasına imkan verməyəcək”.

Qeyd edək ki, Ermənistan paytaxtında ara qarışıb. Belə ki, bu gün tibb mərkəzində acından ölən "Sasna Tsrer” silahlı qruplaşmasının "çörəkdaşıyan”ı Artur Sərkisyanın ölümü qəzəbli kütlənin küçələrə axışmasına səbəb olub.

Aysel Aslan