Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB




Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus Mi-2 helikopteri qəzaya uğrayıb.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin mətbuat katibi Oksana Qavrilyuk bildirib.
Hadisə nəticəsində 5 hərbçi ölüb. İlkin versiyaya əsasən, helikopter elektrik naqillərə toxunub və yerə çırpılıb.
Qəzanın səbəbləri araşdırılır.
***
18:58
Bu gün Ukrayna Silahlı Qüvvələrinin "Mi-2” hərbi vertolyotu Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi Əməliyyat Mərkəzinin "Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
İlkin versiyaya əsasən vertolyot elektrik xəttinə çırpılma nəticəsində yerə düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Ölənlərin sayı barədə məlumat verilməsə də, meyitlərin evakuasiyasının aparıldığı bildirilib.