Son dəqiqə... Terrorçunun qızı manşetlərə daşındı

İngiltərənin paytaxtı Londondakı terror hücumunu təşkil edən Xalid Məsudun 18 yaşlı qızının şəkilləri ortaya çıxıb. İngilis mətbuatının manşetlərə  verdiyi gənc qızın adı Teegan Harveydir.
Sonradan müsəlmanlığı qəbul edən  terrorçunun əvvəlki adı, Andrev Russell idi. Teegan Harveyin qərbli həyat tərzinə diqqət çəkən qəzetlər, gənc qızın atasının istəklərinə etiraz etdiyini qeyd edir. Buna qarşı bacısı Andinin isə atasıyla eyni fikirləri daşıdığı qeyd olunur. (milliyyət)
Mətbuata əks olunan məlumatlara görə, Məsud qızlarının anası Jane Harvey ilə 1991-ci ildə tanış olub və Harveyin təbiət qoyunundakı  milyon dollarlıq evinə daşınıb.
2002-ci ildə əlaqəsi bitənə qədər Harveyin kimya firmasında idarəçi olaraq çalışan  Məsud, söz mövzusu olan  tarixdə bıçaqlı hücum cinayəti ilə həbsə girib.
Xalid Məsud, kirayəyə götürdüyü bir ciplə Thames çayı üstündəki Westminster körpüsündə yeriyən piyadaları əzib keçərək parlament bağçasının divarına çarpmışdı. Bir polisi bıçaqlayan cinayətkar, vurularaq yaxalanmışdı. Məsud xəstəxanada öldü, hücumu terror təşkilatı IŞİD boynuna götürdü.
Hücum nəticəsində biri polis olmaqla dörd nəfər həyatını itirib. İngilis polis məmuru Keith Palmer (48), Amerikalı turist Kurd Cochran (54), atası Kipr türkü olduğu ifadə olunan Aişə Frade (43) və İngiltərə  vətəndaşı Lesli Rhodes (75) həyatını itirib. 50-dən çox insanın da yaralandığı terror hadisəsində bəzi yaralıların  vəziyyəti  hələ də ağırdır.
İngilis polisi, son  şərhində hücumun 84 saniyə davam etdiyini və Məsudun tək başına olduğunu bildirib.