Ata yardım istədi: Polis evə gəlib yatmayan uşaqlara kitab oxudu




Dünyanın hər yerində polisə bir-birindən fərqli yardım istənilir. Ancaq bunlar arasında ən maraqlı olanlardan biri Hollandiyanın Rotterdam şəhərindəki  Schiedam qəsəb
sində yaşanıb.

Axşam növbəsi üçün vəzifəyə başlayan Schiedam polisinə, hər zamankı kimi onlarla şikayət və yardım almaq üçün  telefon zəngləri  gəlir.

Sakinlərin bəziləri, icazəsiz park edən avtomobillərdın  şikayət edir, bəzisi də küçədə səs-küy salan gənclərdən narahat olduqlarını bildirir.

Lakin  polis  bu dəfə daha  maraqlı yardım xahişi ilə qarşılaşır.

Məktəb yaşlarında oalan  iki  uşağını yatızdırmaqda çətinlik çəkən  ata, "Gəlib, uşaqlara kitab oxuyarsınızmı?" deyə soruşur.

Telefondakı vəzifəli, "Əlbəttə,  problem deyil" deyərək, verilən ünvana bir polis məmuru göndərir. Jaey və Enzo adlı iki  qardaş, polisin oxuduğu "Zıpzıp və köklü tost" əhvalatını dinləyərək yatırlar.

Schiedam polisi, məmurun kitab oxumaq anını göstərən  şəkili Facebook hesabında paylaşır.

Uşaqların anası Roxane Ram, fotonun altına, "Təkrar təşəkkürlər. Bizim yaramazlar möcüzə ilə yatdılar. Səhər oyandıqlarında hələ bunu danışırdılar. Fotonu  məktəbdə yoldaşlarına göstərmək üçün icazə istədilər" deyə yazıb. ( bbc)