Ata yardım istədi: Polis evə gəlib yatmayan uşaqlara kitab oxudu





Dünyanın hər yerində polisə bir-birindən fərqli yardım istənilir. Ancaq bunlar arasında ən maraqlı olanlardan biri Hollandiyanın Rotterdam şəhərindəki Schiedam qəsəb
sində yaşanıb.

Axşam növbəsi üçün vəzifəyə başlayan Schiedam polisinə, hər zamankı kimi onlarla şikayət və yardım almaq üçün telefon zəngləri gəlir.

Sakinlərin bəziləri, icazəsiz park edən avtomobillərdın şikayət edir, bəzisi də küçədə səs-küy salan gənclərdən narahat olduqlarını bildirir.

Lakin polis bu dəfə daha maraqlı yardım xahişi ilə qarşılaşır.

Məktəb yaşlarında oalan iki uşağını yatızdırmaqda çətinlik çəkən ata, "Gəlib, uşaqlara kitab oxuyarsınızmı?" deyə soruşur.

Telefondakı vəzifəli, "Əlbəttə, problem deyil" deyərək, verilən ünvana bir polis məmuru göndərir. Jaey və Enzo adlı iki qardaş, polisin oxuduğu "Zıpzıp və köklü tost" əhvalatını dinləyərək yatırlar.

Schiedam polisi, məmurun kitab oxumaq anını göstərən şəkili Facebook hesabında paylaşır.

Uşaqların anası Roxane Ram, fotonun altına, "Təkrar təşəkkürlər. Bizim yaramazlar möcüzə ilə yatdılar. Səhər oyandıqlarında hələ bunu danışırdılar. Fotonu məktəbdə yoldaşlarına göstərmək üçün icazə istədilər" deyə yazıb. ( bbc)