Xalq artisti Bilal Əliyev ingiliscə oxudu - Video




"Xalq artisti Bilal Əliyev ingiliscə mahnı ifa edib”.

Sherg.az xəbər verir ki, bu barədə teleaparıcı Afaq Gəncəli özünün "İnstagram” səhifəsində paylaşım edib.

Müğənninin ingiliscə oxuyarkən çəkilən videosunu yerləşdirən A.Gəncəli qeyd edib ki, yaxın zamanda xalq artisti "Titanik” filminin mahnısını səsləndirəcək:

"Bu da bizim Bilal Əliyev. Sizə afərin. İngilis dilində görün necə gözəl oxuyur?! Bəzi müğənnilərdən fərqli olaraq bizim Bilal müəllim yerində saymır. Çox yaxında Azərbaycanın xalq artisti Bilal Əliyevin ifasında "Titanik” filmində səslənən "soundrack”ı eşidəcəksiniz”.

Aysel Aslan