Sarkisyana CAVAB: "Vuran oğul dədəsinə baxmaz"





"Azərbaycan ordusu bu gün nəinki Ermənistanla, istənilən ölkənin ordusu ilə kəllə-kəlləyə gələ bilər”.

Bunu Sherg.az-a Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib:

"Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Xarici İşlər Nazirliyinin yürütdüyü siyasəti dəstəkləyirəm. Müdafiə Nazirliyinin Serj Sarkisyana cavabı yerindədir. Amma Ermənistan prezidenti "hürüb, tutmayan it” kimidir. Onun qışqır-bağır salması qorxusundandır. "Vuran oğul dədəsinə baxmaz, vurar". Sarkisyan isə yalandan haray - həşir salır". 

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan "İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanat səsləndirib. Bu bəyanata cavab verən Müdafiə Nazirliyindən bildirilib ki, Serj Sarkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır.

Ayyət Əhməd