Piyadalar çaşdırılır və cərimələnir - Diqqətli olun!

Ərşad Hüseynov:"Yol hərəkəti qaydaları piyadaların və ya sürücülərin çaşdırılıb, cərimələnməsinə deyil, qəzaların qarşısının alınmasına hesablanmalıdır”


"Yol hərəkəti qaydaları piyadaların və ya sürücülərin çaşdırılıb, cərimələnməsinə deyil, qəzaların qarşısının alınmasına hesablanmalıdır”.

Bunu Sherg.az-a son günlər piyada keçidlərinin tam silinməməsi nəticəsində piyada və ya sürücülərin cərimələnməsinə münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, qanuna əsasən piyada keçidlərində mütləq fərqləndirici nişan olmalıdır:

"Əgər yolun örtüyü imkan verirsə, xətt çəkilməlidir. Lakin bəzi yollarda torpaq və ya digər örtüklərlə olduğunda isə xətt çəkmək imkanı olmadığından bu nişanlardan istifadə edilir. Piyadalar da, sürücülər də ilk növbədə nişanları nəzərə almalıdır. Hər hansı bir yolda piyada keçidi nişanları varsa, deməli, bu keçiddir. Fərqləndirici nişan yoxdursa, deməli, bu yol piyada keçidi deyil. Piyada keçidi olaraq xətt çəkilməsi, ya da pozulması piyada keçidini müəyyənləşdirmir.

Amma düzgün qeyd edilib ki, bu xətlər və ya nişanlar çaşdırıcı olmamalıdır. Ona görə də, piyada keçidlərini yığışdırılarsa, nişan mütləq götürülməlidir. Xətlər düzgün pozulmalıdır, asfalt bərpa olunmalıdır ki, insanlar bu keçidləri piyada keçidi hesab etməsin”.

Ayyət Əhməd