Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb




Martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
MN-nin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, müşavirədə prezident İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.

Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə Müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.