Prorektorun seyfindən 500 min oğurlayanlara HÖKM OXUNDU




Odlar Yurdu Universitetinin prorektorunun seyfini oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışov və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər birinə 9 il, Vüqar Vəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan Mirsənan Seyidova 1500 manat, Fərahim Baxışova isə 2500 manat cərimə cəzası kəsilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin yanvarında Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat dəyərində pul olan seyfi oğurlamaqda ittiham olunurlar.