"Oğlunu itirmiş ata kimiyəm" - Xalq şairi




"Nə danışım vəziyyətimdən? Oğlunu itirmiş ata kimiyəm".

Bu barədə Sherg.az-a ötən günlərdə oğlunu itirən xalq şairi Fikrət Qoca səhhəti ilə bağlı danışarkən bildirib. 82 yaşının olduğunu deyən şair daha sonra bunları qeyd edib:

" Ahıl yaşda insan necə olar? Səhhətimlə bağlı ciddi bir problemim yoxdur. Gücüm çatan qədər yaşayıram”

Xatırladaq ki, martın 11-də xalq şairinin oğlu Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub.

Aysel Aslan