"Yol terroru" davam edir: 4 ölü, 13 yaralı




Martın 29-da Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 4 nəfər həyatını itirib. 

Lent.az xəbər verir ki, dünən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edənlərdən başqa daha 13 nəfər xəstəxanaya yerləşdirilib.

Ölümlə nəticələnən qəzalar Bakıda, Xızıda, Bərdədə və Beyləqanda qeydə alınıb.
Hər bir faktla bağlı araşdırma aparılır.